...

Bakı Dövlət Sirki 40 ildir təmir olunmur - Nazir

Mədəniyyət Materials 18 Dekabr 2019 13:07 (UTC +04:00)
Bakı Dövlət Sirkinin təhlükədə olması haqlı iradlardır
Bakı Dövlət Sirki 40 ildir təmir olunmur - Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Dövlət Sirkinin təhlükəsizliyi ilə bağlı iradlar irəli sürülüb ki, bunlar da haqlı iradlardır.

Trend-in məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib:

“Çünki şəhərdə mütləq belə bir məkan olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik. Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti