...

“Azərbaycan məscidləri” foto-sərgisi keçiriləcək

Mədəniyyət Materials 14 Fevral 2020 20:49 (UTC +04:00)

Bakı. Trend:

Bakı Fotoqrafiya Evi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı “Azərbaycan məscidləri” adlı foto-sərgi elan edir!

Trend-in məlumatına görə, İDTMQİ-nin “İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi yarandığı gündən maraqlı və yadda qalan tədbirlər, foto-sərgilər, layihələr, və müsabiqələr keçirir. Bu tədbirlər zamanı gənc və yaradıcı insanlara xüsusi yer ayırmaqla İçərişəhərin təbliğatı istiqamətində təqdirəlayiq addımlar atır.

Bakı Fotoqrafiya Evi növbəti dəfə “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı ilə birlikdə “Azərbaycan məscidləri” adlı foto-sərginin keçirilməsi ilə bağlı elan verir. Layihənin ideya müəllifi Dadaş Məmmədovdur.

Həvəskar və peşəkar fotoqrafların iştirak edə biləcəyi Foto-sərgi 19.03.2020-ci tarixdən 01.04.2020-ci il tarixinədək 10 gün davam edəcəkdir. Sərgidə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.
Diqqət!

İştirak etmək arzusunda olan hər kəs çəkdiyi fotoları 15 mart 2020-ci il tarixinədək [email protected] elektron ünvana göndərə bilər:
Sərginin nümayiş məkanı: İçərişəhər, İ. Əfəndiyev küç,47, Bəylər məscidi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti