...

Muğam Mərkəzi dezinfeksiya edilir (FOTO)

Mədəniyyət Materials 18 Mart 2020 17:49 (UTC +04:00)
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Beynəlxalq Muğam Mərkəzində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir
Muğam Mərkəzi dezinfeksiya edilir (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, nazirliyin tabeliyində olan müəssisələrdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi işləri davam edir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Beynəlxalq Muğam Mərkəzində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir.

Muğam Mərkəzindən bildirilib ki, müəssisədə ilk ümumi dezinfeksiya işi martın 6-da həyata keçirilib. Bundan əlavə, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə mərkəzdə mütəmadi olaraq gündəlik ümumi dezinfeksiya işləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti