Bakı. İlhamə İsabalayeva - Trend:
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu XIX əsrdə yaşamış Azərbaycan ədibi Əbdürrəzzaq Məftun Dünbülinin “Nigaristani-Dara” təzkirəsinin Tehran Universiteti Kitabxanasında saxlanılan əlyazmasının elektron surətini əldə edib.
Bu barədə Trend-ə akademiyadan məlumat verilib.
Bildirilib ki, əlyazma əsərin vaxtilə çap edilmiş nüsxəsindən xeyli genişdir. Bu əsərdə XIX əsrdə yaşamış Cənubi Azərbaycan şairləri barədə maraqlı məlumatlar var.