...

Türkiyədə Maestro Niyazinin fəaliyyəti ilə bağlı elmi-tədqiqat aparılıb

Mədəniyyət Materials 20 May 2020 15:18 (UTC +04:00)
Türkiyədə Maestro Niyazinin fəaliyyəti ilə bağlı elmi-tədqiqat aparılıb

Bakı. Trend:

Azərbaycan incəsənətinin ən görkəmli nümayəndələrindən biri hesab olunan maestro Niyazi Tağızadənin Türkiyədəki fəaliyyəti İstanbul Universiteti Konservatoriyasının Musiqişunaslıq kafedrasının magistri Ecem Tuğçe Akbulut tərəfindən geniş təqdiq olunub.

Trend-in məlumatına görə, Niyazi Tağızadənin yaradıcılığında Türkiyə səhifəsi əhəmiyyətli yer tutur. Maestro Türkiyədə fəaliyyət göstərdiyi dövrdə Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında böyük uğurlar qazanıb. Türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbul Opera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq edib. Ecem Tuğçe Akbulut elmi tədqiat işində daha çox Türkiyə ilə Azərbaycan mədəni əlaqələrinin inkişafında maestronun rolu mədəniyyət diplomatiyası kontekstində təhil olunur.

Eyni zamanda Azərbaycan kəmançası ifaçısı olan gənç musiqişunas tədqiqat işində maestronun Türkiyədəki fəaliyətləri ilə bağlı geniş arxiv materialından, bu mövzuda yazılmış elmi-publisistikəsərlərdən və eyni zamanda Türkiyədəki məşhur incəsənət xadimləri və maestronun dostlarının xatirələrindən istifadə edib. Tədqiqatçı bu mövzuyla bağlı Türkiyədə və həmçinin 2019 cu ilin sentyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq elmi konfransda elmi məruzə ilə çıxış edib. Gənc musiqişunas elmi tədqiqat işinin aparılmasında Bakıda yerləşən Niyazi ev muzeyinin rəhbərliyinə göstərmiş olduğu diqqət və köməklik üçün dərin təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti