Xalq Əmanəti layihəsinin XX nəşri – Zəlimxan Yaqub (FOTO)

Xalq Əmanəti layihəsinin XX nəşri – Zəlimxan Yaqub (FOTO)

Bakı. Trend:

Xalq Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində sayca iyirminci nəşrini təqdim edir. Yubiley nəşri müasir Azərbaycan poeziyasının klassiki, Xalq şairi Zəlimxan Yaqubun yaradılıcılığına həsr olunub. “Zəlimxan Yaqub. Seçilmiş əsərləri” toplusunda şairin poetik irsi, onun yaradıcılığının müxtəlif mərhələləri əks olunub.

Gücünü torpaqdan, el-obadan alan şair xalqımızın folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını, dilimizin zəngin bədii imkanlarını dərindən mənimsəyərək həyatını vətənimizin, milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr etmişdir. Zəlimxan Yaqub mütəfəkkir şairdir. O Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzir, mənsub olduğu xalqı sevərək öyrənir və özü dediyi kimi, “xalqla nəfəs-nəfəsə dayanır, ünsiyyətə girir, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti olur”. Zəlimxan Yaqub yaradıcılığının ən mühüm göstəricilərindən biri onun etnoqrafikliydir. Mənsub olduğu xalqı bir peşəkar tadqiqatçı-etnoqraf səviyyəsində mükəmməl tanıyan şair yaradıcılığının məzmun-mündəricəsindən başlamış forma-intonasiyasına qədər olduqca millidir. Onun yaradıcılığını müasir ədəbi-ictimai mühit şifahi xalq ədəbiyyatı hadisəsi kimi qəbul edir. Şairin öz dərin inamına görə, onun şeiri dövrün, zamanın tələblərinə cavab verir və milli ictimai şüura əhəmiyyətli təsir göstərmək, hissləri, duyğuları coşdurmaq gücündədir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda yazırdı: “Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız”.

Zəlimxan Yaqub 1950-ci ildə Borçalı mahalının Kəpənəkçi kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir. İlk şeiri 1966-cı ildə sovet Gürcüstanının “Qələbə bayrağı”qəzetində dərc edilmişdir.

Böyük şair həm də cəmiyyətimizə əməli fəaliyyəti ilə xidmət edən aktiv ictimai xadimlərdən biri olmuşdur. O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995-2005-ci illər Azərbaycan Respublikasının Milli Məclisinin birinci və ikinci çağırış millət vəkili seçilmişdir. 2008-ci ildən ömrünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri olmuşdur. İctimai-siyasi fəaliyyətinə görə müxtəlif illərdə Azərbaycan Respublikasının “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif edilmiş, 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülmüşdür.

Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı yerini müəyyən etmək üçün onun nəhəng istedadını, zəngin dilini, çoxşaxəli yaradıcılığını dərindən araşdırmaq lazımdır. Onun yaradıcılığı poeziyanın janr təsnifatına sığmır: o, sözün geniş mənasında məhəbbət şairidir. Onun yaradıcılığında, bir küll halında baxılarsa, bilavasitə məhəbbət şeirləri, bəlkə də, o qədər çox deyil, ancaq mükəmməldi, ədəb-ərkanlıdı, həyalıdı.

Zəlimxan Yaqub vətənpərvər şairdir - onun üçün vətən yalnız təbiət və ya coğrafiya deyil, eyni zamanda təbiətin və coğrafiyanın yetirdiyi milli-mənəvi ruhdur ki, şair bu ruhun həmişə canlı, mübariz və güclü olmasını arzu edir. Xüsusilə vətənin, millətin başının üstünü təhlükələr alanda.

Zəlimxan Yaqub bütöv türk dünyasının şairidir – o, mənsub olduğu türk etnosunun tarixini, mədəniyyətini nəinki yaxşı bilən, eyni zamanda bu tarixi, mədəniyyəti (və mentaliteti!) özünün yaradıcı varlığında təcəssüm etdirən bir sənətkar, düşüncə adamıdır.

Zəlimxan Yaqub şair-ideoloqdur - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında ilk dəyərli əsərləri yaradan sənətkardır. “Böyük ömrün dastanı”nda Heydər Əliyevin xilaskarlıq, milli dövlət və millət quruculuğu missiyası yüksək sənətkarlıqla tərənnüm olunur.

Zəlimxan Yaqub ana dilinin şairidir - onun zəngin söz ehtiyatı, mükəmməl poetik sintaksisi, folklor gücündəki bədii təyinləri, təşbehləri, mübaliğələri, təravətli intonasiyası yüksək sənətin tələblərinə cavab verir. Şairin ana dili sevgisi deklarativ deyil, şüar kimi səslənmir, candan-qandan gələn dərin səmimiyyətilə ifadə olunur. Xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirri də məhz bundadır. Tarix sübut edir ki, xalqın içərisindən çıxan, öz tərcümeyi-halını millətinin həyatı olaraq yaşayan sənətkar-mütəfəkkirlər heç zaman unudulmur, onların yaradıcılıq arxivi isə mühafizə olunan, heç də hamının müraciət etmədiyi qaranlıq hücrələr, fondlar deyil, əksinə, hamıya açıq olan, xalqın geniş, işıqlı ruhu, ürəyidir.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Tağı Tağıyev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görmüşdür.

"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Loading Bars
Xəbər lenti
Yaponiyada fövqəladə vəziyyət rejimi paytaxt bölgəsi xaricində hər yerdə vaxtından əvvəl ləğv ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 421 mindən çox yoluxma qeydə alınıb
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 6 210 nəfər sağalıb
Varşavadakı Azərbaycan Evində Xocalıya həsr olunmuş sərgi təşkil edilib ( FOTO)
ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımı qurbanlarının Bolqarıstanda yad edilməsinə çağırış edilib
"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür
Mançester və Brayton şəhərlərində "Xocalıya ədalət!" tələbi ilə lövhələr yerləşdirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Qarabağ hazırda "Böyük Qayıdış" bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir - Arzu Nağıyev
Ottava şəhərindəki "Qarabağ” Azərbaycan dili məktəbində Xocalı soyqırımından danışılıb
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb (FOTO)
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Bütün xəbərlər