...

Türkiyədə Əhməd Cavadın xatirəsi anılıb (FOTO)

Mədəniyyət Materials 14 Oktyabr 2022 12:57 (UTC +04:00)
Türkiyədə Əhməd Cavadın xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Türkiyədə Azərbaycan şairi Əhməd Cavadın ölümünün 85-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib.

Trend-in məlumatına görə, tədbirdə iştirak edən Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu öz çıxışında şair haqqında ətraflı məlumat verib.

O bildirib ki, 1892-ci il mayın 5-də Şəmkirdə anadan olmuş Azərbaycanın milli şairi, türk dünyasının övladı, Əhməd Cavad Axundzadə geniş kütlələrə "Çırpınırdı Qara dəniz" şeiriylə tanınır

"Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram" deyən Əhməd Cavad Sovet Rusiyasının qatil rejimi tərəfindən "Böyük Təmizlik" adı verilən repressiya dövründə əksinqilabçı kimi əsassız ittihamlarla tutularaq 13 oktyabr 1937-ci ildə güllələnmişdi. Həyat yoldaşına və dörd övladına inanılmaz işgəncələr verilib, hətta şairin meyiti də yox edilib", - deyə o bildirib.

Y.Topçu xatırladıb ki, Ə.Cavad Osmanlı ordusuna könüllü yazılaraq Balkan müharibəsində iştirak edir.

"Əhməd Cavad dünya durduqca rəhmət və minnətlə anılacaq. O, "Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyə" üzvü olaraq 1915-ci ildə Batum, Trabzon, Qars, Ardahan, Sarıqamış və Ərzurumdakı türklərə və rus ordusuna əsir düşən osmanlı əsgərlərinə yardımlar aparıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti