...

“Avanqard”la zaman maşınında keçmişə və gələcəyə səyahət (FOTO/VİDEO)

Mədəniyyət Materials 1 Noyabr 2022 14:46 (UTC +04:00)
“Avanqard”la  zaman maşınında keçmişə və gələcəyə səyahət (FOTO/VİDEO)

Bakı. Trend:

ART- EAST MEDIA GROUP şirkətinin yeni layihəsi davamlı alqışlarla qarşılandı.

“Nizami” Kino Mərkəzində “Avanqard” Kamera Orkestrinin ifasında 20 məşhur filmin saundtrekləri səsləndi. “Arşın mal alan”, “Gümüşgöl əfsanəsi”, “Yuxu” və s filmlərə bəstələnmiş gözəl musiqi ilk dəfə yeni aranjimanla təqdim edildi. Canlı ifa ilə bərabər, rəqqasların çıxışları, ekranda unudulmaz filmlərdən fraqmentlər, əlvan animasiya elementləri, atəşfəşanlıq səhnədə maraqlı performans yaratdı.

Tamaşaçı ilə hər görüşündə repertuarını zənginləşdirən “Avanqard” bu dəfə də möhtəşəm şousu ilə yadda qaldı. Azərbaycan mədəniyyətində özünə aid yeri olan Orkestrin missiyası musiqi yaradıcılığının mürəkkəb sahəsi olan kino musiqisini yaşatmaq, dahi bəstəkarların irsini qorumaq, melodiyanın sehrini yüksək peşəkarlıqla dinləyiciyə çatdırmaqdır. Gecənin aparıcısı kinoaktyor Ruslan Sabirli olub.

Bütün konsertləri anşlaqla keçən “Avanqard” milli musiqiyə xidmət cəhdləri ilə mədəni mühitdə böyük rəğbətlə qarşılanır. Növbəti mərhələdə Kamera Orkestri ölməz ekran əsəsrlərinə bəstələnmiş, amma notları qorunub saxlanmamış saundtrekləri yenidən bərpa etmək, ən yüksək səslənmə keyfiyyətı ilə, ən müasir daşıyıcılarla gələcək nəsillərə ötürmək niyyətindədir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti