...

Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Mədəniyyət Materials 1 Dekabr 2022 19:42 (UTC +04:00)
Niyazinin 110  illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Bakı. Trend:

Dekabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayev,Əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edəcəklər.

Fatimə Cəfərzadə (soprano), Nigar Cəlilova (xanəndə), Fəxri Kazım-Nicat (tenor) tamaşaçılara öz ifalarını təqdim edəcəklər. Konsertdə bəstəkarın əsərləri səslənəcək: “Rast” simfonik muğamı, “Vətən haqqında nəğmə”, “Xosrov və Şirin” operasından “Şirinin ariyası”, “Çitra” baletindən Süita, “Arzu”, Niyazinin işləməsində “Qaragilə” xalq mahnısı, “Qaytağı”.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti