...

Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunub (FOTO)

Mədəniyyət Materials 21 İyun 2023 16:44 (UTC +04:00)
Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunub (FOTO)

Bakı. Trend:

Мüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunub.

Trend xəbər verir ki, konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Yeganə Axundova (piano), Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (piano) və Prezident təqaüdçüsü Vurğun Vəkilov (piano) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti