...

Bəstəkar Hacı Xanməmmədovun 105 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 24 İyun 2023 14:23 (UTC +04:00)
Bəstəkar Hacı Xanməmmədovun 105 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar Hacı Xanməmmədovun 105 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsertin əvvəlində musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova çıxış edərək bəstəkarın həyat və yaradıcılığı haqda tamaşaçılara məlumat verib.

Daha sonra Hacı Xanməmmədovun sevilən bəstələrini bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artistləri Aygün Bəylər, Almaz Orucova, Zakir Əliyev, Lalə Məmmədova, Nigar Şabanova, solistlər Nurlana Abdullayeva, Zabitə Alıyeva, Rəvanə Qurbanova, Səbinə Ərəbli və Rövşən Əziz ifa ediblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti