...

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratino” tamaşasını hazırlayıb (FOTO/VİDEO)

Mədəniyyət Materials 4 Mart 2024 13:54 (UTC +04:00)
Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratino” tamaşasını hazırlayıb (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı” görkəmli rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasını təqdim edib.

Trend xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Ağasəlim Feyzullayev, bədii rəhbər Nigar Zeynalova, səhnə tərtibatı Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva, rəqslərin quruluşu Günel Təhməzova, xormeyster Leyla Muradzadə, rəssam Səriyyə Teymurova, musiqi tərtibatı Zaur Rəşidova məxsusdur.

Uzun zamandır ki, çıxışlarına böyük həvəslə hazırlaşan balaca aktyorlarımız həm məsuliyyətin verdiyi həyəcan, həm də sevinc hisləri ilə səhnədə dolub daşırdılar. Sanki hər biri öz rolunu ifa etmək üçün səhnəyə can atırdılar. Səhnə dekorasiyası, fon musiqisi, iştirakçıların qrimləri, geyimləri pərdələr açılan kimi zalda əyləşən balaca tamaşaçıları sanki nağıllar aləminə apardı.

Səhnə dekorasiyasında təbii samandan, təbii ağac materiallarından istifadə olunmuşdu. Bununla yanaşı balaca aktyorların geyimlərini və istifadə olunan aksesuarları da xüsusilə vurğulamaq lazımdır. Tamaşa zamanı rəngarəng rəqslər, nağıllar aləminin müxtəlif qəhrəmanları da iştirak edib. Maraqlı yanaşması, rəngarəng geyimləri və dekorasiya həlli ilə yadda qalan tamaşa uşaqlar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda isə tamaşanın bütün iştirakçıları birlikdə mahnılarını oxuyaraq səhnəyə çıxıb. Bununla da tamaşa başa çatdı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti