...

40 il ötüb... - Fəxri Xiyabanda Maestro Niyazinin xatirəsi yad edilib (FOTO)

Mədəniyyət Materials 2 Avqust 2024 13:48 (UTC +04:00)
40 il ötüb... - Fəxri Xiyabanda Maestro Niyazinin xatirəsi yad edilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Fəxri Xiyabanda görkəmli Azərbaycan dirijoru, bəstəkarı, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Maestro Niyazinin vəfatının 40 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

Trend xəbər verir ki, dahi musiqiçinin xatirəsini anmaq üçün mərasimdə elm, mədəniyyət, yaradıcı ziyalılar və gənclərin nümayəndələri iştirak ediblər.

Maestro Niyazinin məzarına güllər düzülüb.

Çıxış edənlər bildiriblər ki, Niyazi Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfələr bəxş edib. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bununla yanaşı, Niyazi gözəl dirijor, həmçinin, mühüm bəstəkar idi. Onun əsərləri bu gün də səsləndirilir və dinləyicilər tərəfindən sevilir.

Qeyd edək ki, Niyazi 20 avqust 1912-ci ildə Tbilisidə məşhur bəstəkar və teatr xadimi, Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı Zülfüqar Hacıbəylinin ailəsində doğulub. Məşhur musiqiçi nəslinin nümayəndəsi olan Niyazi Azərbaycanın dünya şöhrəti qazanmış ilk peşəkar dirijoru olub. Azərbaycan dirijor məktəbinin təşəkkülü və inkişafı onun adı ilə bağlıdır.

Onun idarə etdiyi orkestrin müşayiəti ilə səhnədə Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov və digər görkəmli ifaçılar parlayıblar. Maestro Niyazi 2 avqust 1984-cü ildə Bakıda vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti