Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində “Əhsən” televiziya müsabiqəsinin finalçılarından ibarət növbəti konsert proqramı təqdim olunub.
Trend xəbər verir ki, konsertdə Xalq artisti, Qarabağ Universiteti İncəsənət fakültəsinin dosenti Elşən Mansurovun bədii rəhbərliyi ilə “Uzundərə” ansamblı çıxış edib.
İkihissəli proqramda Qarabağ Universiteti tələblərindən ibarət eyniadlı “Uzundərə” ( bədii rəhbər Elşən Mansurov) ansamblının çıxışı da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Proqramda Hacı Xanməmmədov, Əhsən Dadaşovun əsərləri və muğam kompozisiyaları səsləndirilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az