...

Sərxan Sərxan nostalji konsert proqramı ilə çıxış edib (FOTO)

Mədəniyyət Materials 12 Mart 2025 16:46 (UTC +04:00)
Sərxan Sərxan nostalji konsert proqramı ilə çıxış edib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti Sərxan Sərxan konsert proqramı ilə çıxış edib.

Trend xəbər verir ki, musiqi axşamında ifaçı sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnılarını səsləndirib.

Musiqisevərlərin gur alqışları altında səhnəyə gələn klassik estrada sənətimizin canlı korifeyi səhnədə tək özü və illərdir ona dost olan gitarası ilə tamaşaçılarla səmimi ünsiyyət quraraq ifa etdiyi hər bir mahnının tarixçəsi haqqında söz açıb.

Şən, şux ifası, bir-birindən maraqlı mahnıları özünəməxsus tərzdə təqdim edən illərin sevilən ifaçısı tamaşaçıların bol sevgisi və alqışlarının sədaları altında səhnədən pozitiv enerjsini ötürə bilib.

Bütün konsert boyu tamaşaçların sevgisinin hərarəti və ifaçı üçün darıxmaları alqışların şiddətindən hiss olunub. Təmiz, peşəkar ifa, səsin duruluğu, maraqlı improvizələrlə müğənni səhnəyə əsl meydan oxumağı bacarıb. Gecədə həmçinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Olqa Georgiyeva Xalq artisti ilə birgə səhnəni bölüşərək duet şəklində klassik romanslar təqdim edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti