Bakı. Trend:
Nəhayət, çoxdan gözlənilən an gəlib çatdı! Justin
Timberlake “The Forget Tomorrow” dünya
turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanlı izləyicilərinin
qarşısında çıxış edəcək!
Trend xəbər verir ki,
iTicket Production və Dream Group
İnternational şirkətlərinin təşkilati dəstəyi ilə
keçiriləcək tədbirin biletləri artıq satışdadır.
27 iyul 2025-ci il tarixində Bakı Olimpiya
Stadionunda baş tutacaq konsertin biletlərini rəsmi
iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün
kassalarından əldə edə bilərsiniz.
Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Justin Timberlake, musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. O, həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.
Justin-in uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10
“Grammy”, 4 “Emmy” və “Can’t Stop the
Feeling!” hitinə görə “Oskar”
nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını
titrədərək milyonların sevimlisinə çevrilmişdir. O, həmçinin bir
çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış etmişdir.
Əgər siz də bu unudulmaz axşamın bir parçasına çevrilmək
istəyirsinizsə, biletləri əldə etməyə tələsin!