...

Meksika Qabriela Ramosu UNESCO-nun Baş Direktorluğuna namizəd kimi irəli sürüb

Mədəniyyət Materials 17 Aprel 2025 13:00 (UTC +04:00)
Meksika Qabriela Ramosu UNESCO-nun Baş Direktorluğuna namizəd kimi irəli sürüb
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Meksika Qabriela Ramosu UNESCO-nun Baş Direktorluğuna (2025-2029) namizəd kimi irəli sürüb.

Trend xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

"Çoxtərəfli zəngin təcrübəsi və qlobal əməkdaşlığa möhkəm sadiqliyi ilə o, dünyada təhsil, mədəniyyət və elm üçün transformativ baxışı təmsil edir", - məlumatda deyilir.

Qeyd edək ki, Qabriela Ramos UNESCO Baş direktorunun Sosial və Humanitar Elmlər üzrə köməkçisidir və burada institutun inklüziv və dinc cəmiyyətlərin qurulmasına töhfələrinə nəzarət edir. Onun gündəliyinə gənclərin inkişafına təkan verən sosial inteqrasiya və gender bərabərliyinə nail olmaq; idman vasitəsilə dəyərlərin təbliği; irqçilik və ayrı-seçkilik əleyhinə gündəm və süni intellektin etikası daxildir.

Xəbər lenti

Xəbər lenti