Bakı. Trend:
23 Aprel tarixində NARGIS Jurnalı “Əlifba. A Cultural Alphabet” kitabının təqdimat mərasimini Rabatda yerləşən La Chellah arxeoloji məkanında keçirmişdir.
NARGIS Jurnalı tərəfindən təşkil edimiş gecə Azərbaycan mədəniyyətinin zənginliyini musiqi, incəsənət, dəb və kulinariya vasitəsi ilə nümayiş etdirən parlaq bir təntənəyə çevrilmişdir.
“Əlifba. A Cultural Alphabet” kitabı, Azərbaycan əlifbasının hər bir hərfinin ölkəmizin müəyyən memarlıq abidəsi, tarixi ənənə və ya folklor qəhrəmanı haqqında məlumat ötürdüyü rəngarəng illüstrasiyalarla bəzədilmişdir.
Layihənin ideoloji ilhamvericisi və müəllifi Ülviyyə Mahmud, NARGIS jurnalının baş redaktoru və dünya miqyasında Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş bir çox unikal təşəbbüsün yaradıcısıdır.
Təqdimatda layihənin beynəlxalq rezonansını əks etdirən seçkin qonaqlar iştirak edirdi. Hörmətli qonaqlar arasında Nazim Səmədov, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfiri, Mərakeş Gənclər, Mədəniyyət və Kommunikasiya Naziri Abdelaziz El Bouzdaini, Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyinin Baş Katibi; Naima ben Yahia, Mərakeşin Sosial Həmrəylik, Sosial İnklüzivlik və Ailə Naziri; Plamen Stoyanov Tzolov, Bolqarıstanın Səfiri; Saulekul Sailaukyzy, Qazaxıstanın Səfiri; Ziad Atta Allah, Livanın Səfiri; Fabio Chinda, Taylandın Səfiri; Mustafa İlker Kılıç, Türkiyənin Səfiri; Serhii Saienko, Ukraynanın Səfiri; Anar Kərimov, ICESCO-nun Əməkdaşlıq və Partnyorluq üzrə Başçısı; Leila Bilrha, Rabat Bələdiyyəsinin müavin başçısı; Latifa Akharbach, Mərakeşin Audiovizual Kommunikasiya üzrə Ali Komissiyasının Prezidenti, Prof. Ghizlane Benjelloun, Uşaq Hüquqları üzrə Milli Observatoriyanın (ONDE) vitse-prezidenti; Seyfullah İlyas, Mərakeşdə Türk Hava Yollarının ölkə üzrə direktoru; Abdelilah Bouzidi, Rabatın Agdal-Hay Riad rayonu Şurasının Prezidenti; Fouad Arif, MAP (Mərakeş Ərəb Mətbuat Agentliyi) Baş Direktoru; Mohammed Haitami, Le Matin-in Prezidenti və İcraçı Direktoru və digər qonaqlar yer almışdır.
Gecənin simvolik vurğularından biri, sənətçi Teymur Qaribov tərəfindən yaradılan kristal heykəl oldu. Bu kristal, aydınlıq və həqiqət kimi dəyərlərin simvolu olaraq tədbirdə yer almışdır — bu dəyərlər, Azərbaycan əlifbasının hərfləri vasitəsilə anlatılan mədəniyyət yolculuğunda əks olundu.
“Welcome to Baku” instalyasiyası xüsusi ilə bu layihə üçün sənətçi və heykəltəraş Rəşad Ələkbərov tərəfindən yaradılmışdır.
Qonaqlar, məşhur Azərbaycan pianoçusu və bəstəkarı Ruslan Ağababayevin iştirakı ilə həm solo, həm də Mərakeş musqiqiçisi Mustafa Antari ilə birlikdə ərsəyə gəlmiş musiqidən zövq almaq fürsətləri oldu. Gecəni, həmçinin, canlı qrup ifası da bəzəmişdir.
Mədəniyyət nümayişinin diqqətçəkən məqamlarından biri, Azərbaycanın müxtəlif bölgələrinə məxsus 14 ənənəvi geyimin təqdim olunduğu dəb nümayişi oldu. Nümayiş, əfsanəvi Aziza Mustafazadənin musiqi kompozisiyaları ilə müşayiət olunurdu.
Təqdimatın bir hissəsi olaraq “Hərflərdə Tarix” adlı sənədli animasiya dramının nümayişi keçirildi — bu film tamaşaçıları Azərbaycan mədəniyyəti və tarixi ilə əlifba prizmasından tanış etmişdir. Bu yalnız sənədli animasiya filmi deyil, həmçinin sənətə olan sevginin gücünü tamaşaçıya ötürən fəlsəfi bir həqiqət axtarışıdır. Filmin üzərində çalışmışdılar: prodüser Meran İsmayılov, ssenarist Ağamehti Abidov, animasiya rəssamı Kənan Şexyzamanlı və Nərgiz Heydər. Kitab üçün illüstrasiyalar rəssam Orxan Hüseynov tərəfindən çəkilmişdir.
Gecənin sonunda qonaqlar, Azərbaycanın orijinal dadını Mərakeşə daşıyan aşpaz Maksim Qolovin tərəfindən xüsusi olaraq hazırlanmış milli mətbəxə məxsus təamlardan zövq aldılar.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azercell Telecom MMC – nin dəstəyi və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin əməkdaşlığı ilə təşkil edilmişdir.