...

Bakıda axtarışda olanların 74 faizə yaxını tutulub

Gündəm Materials 18 Yanvar 2018 17:51 (UTC +04:00)
Bakıda axtarışda olanların 74 faizə yaxını tutulub.
Bakıda axtarışda olanların 74 faizə yaxını tutulub

Bakı. Samir Əli - Trend:

Ötən il Bakıda axtarışda olanların 74 faizə yaxını tutulub.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov daxili işlər naziri Ramil Usubovun iştirakı ilə İdarənin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olduğunu bildirən M.Seyidov tədbir iştirakçılarıının nəzərinə çatdırıb ki, Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5.301 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 316 bağlı cinayət açılıb.

O qeyd edib ki, təqsirləndirilən şəxs qismində axtarışda olanların 73,7, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 55,1 faizi tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti