...

Şamaxıda çobanı güllələyən şəxs saxlanıldı

Gündəm Materials 19 Yanvar 2018 11:34 (UTC +04:00)
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb.
Şamaxıda çobanı güllələyən şəxs saxlanıldı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 18-də Şamaxı şəhər sakini Zaur Hacıyevin odlu silahla qətlə yetirilməsi barədə daxil olan məlumat əsasında rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. Hadisə yerindən nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla “Acıdərə” adlanan ərazidəki fermada çobanlıq edən Zaur Hacıyevi qonşu fermada yaşayan Natiq Bünyadovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qətlə yetirməsi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti