Bakı. İlhamə İsabalayeva – Trend:
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov autizm xəstələri üçün ayrıca dövlət proqramının hazırlanmasını təklif edib.
Trend-in məlumatına görə, Ə.Əmiraslanov bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edərkən deyib.
Ə.Əmiraslanov bildirib ki, autizm xəstələrinə tibbi sosial yardımın göstərilməsi vacibdir:
“Belə xəstələrə tibbi-sosial yardıma ehtiyacı olan xəstələrdir. Tərəfdarıyam ki, autizm xəstələri üçün ayrıca bir dövlət proqramı hazırlansın. Dünyada belə xəstələrin sayında artım müşahidə edilir. Biz də bununla bağlı komitədə dinləmələr keçirməliyik”.