Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda azyaşlı uşaqlara qarşı zorakılıq halları ilə bağlı cəzaların sərtləşdirilməsi təklif edilir.
Trend-in məlumatına görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, son vaxtlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq:
“Fikirləşirik ki, bununla bağlı qanunda hansı dəyişiklikləri edək ki, həmin şəxslər daha sərt cəzalansın”.
Komitə sədri qeyd edib ki, belə məsələlərə baxmağa ehtiyac var: “Bu, bizi narahat edir”.
Sonra çıxış edən deputat Sədaqət Vəliyeva da bu məsələyə toxunub: “Bu, ağrılı, utancverici haldır. Belə halların qarşısının alınması vacibdir. Buna görə də qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir”.