...

FHN və DSX itkin düşmüş iranlı dənizçinin axtarışına başlayıblar

Gündəm Materials 26 Fevral 2018 12:04 (UTC +04:00)
FHN-in helikopteri və DSX-nin Sahil Mühafizəsinin iki gəmisi itkin düşmüş iranlı dənizçinin axtarışlarına cəlb olunub
FHN və DSX itkin düşmüş iranlı dənizçinin axtarışına başlayıblar

Bakı. Trend:

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) itkin düşmüş iranlı dənizçinin axtarışına başlayıblar.

Trend FHN-ə istinadən xəbər verir ki, 25 fevral 2018-ci il tarixində axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin (Xəzər dənizinin Azərbaycana aid olan hissəsində olarkən) 1 nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub. Məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb.

Fevralın 26-da səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti