...

Azərbaycanda uşaq bağçaları həyəcan düyməsi ilə təmin ediləcək

Gündəm Materials 3 Mart 2018 01:42 (UTC +04:00)
Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsinin təşkili üçün hər bir dövlət məktəbəqədər təhsil müəssisəsi 2 gözətçi və DİN Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında həyəcan düyməsi ilə təmin edilir.
Azərbaycanda uşaq bağçaları həyəcan düyməsi ilə təmin ediləcək

Bakı. Trend:

Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsinin təşkili üçün hər bir dövlət məktəbəqədər təhsil müəssisəsi 2 gözətçi və DİN Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında həyəcan düyməsi ilə təmin edilir.

Trend-in məlumatına görə, bu barədə Nazirləri Kabinetinin qəbul etdiyi qərarda bildirilir. Qərar baş nazir Artur Rəsi-zadə tərəfində təsdiqlənib.

Qərarda qeyd olunur: Maliyyə Nazirliyinə tapşırılsın ki, 2019-cu ildən etibarən dövlət məktəbəqədər təhsil müəssisələrinin həyəcan düyməsi ilə təchiz olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti