...

Artur Rasi-zadə: Ölkədə yoxsulluq 5,4 faizə enib

Gündəm Materials 16 Mart 2018 12:20 (UTC +04:00)
"Azərbaycan ötən illər ərzində böyük uğurlara nail olub".
Artur Rasi-zadə: Ölkədə yoxsulluq 5,4 faizə enib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan ötən illər ərzində böyük uğurlara nail olub.

Trend-in məlumatına görə, bunu Baş nazir Artur Rasi-zadə Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən deyib.

A.Rasi-zadə bildirib ki, ölkədə aparılan düşünülmüş tədbirlər nəticəsində yoxsulluq 5.4 faizə enib, yaşama müddəti 72.4-dən 75.4-ə yüksəlib.

Baş nazir vurğulayıb ki, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artaraq ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib.

A.Rasi-zadə qeyd edib ki, sadalanan uğurların qazanılmasına ölkədə dayanıqlı ictimai-siyasi sabitliyin yaradılması, Prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti