...

Baş nazirin müavini: Azərbaycanda saxta dərman satışına qarşı mübarizə qətiyyətlə davam edəcək (YENİLƏNİB)

Gündəm Materials 7 May 2018 14:14 (UTC +04:00)
Azərbaycanda saxta dərman satışına qarşı mübarizə qətiyyətlə davam edəcək.
Baş nazirin müavini: Azərbaycanda saxta dərman satışına qarşı mübarizə qətiyyətlə davam edəcək (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda saxta dərman satışına qarşı mübarizə qətiyyətlə davam edəcək.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, dünyada saxta dərman problemi geniş yayılıb və buna qarşı mübarizə aparılır: "O cümlədən, Azərbaycanda saxta dərman satışına qarşı mübarizə aparılır".

Baş nazirin müavini bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan bir qrup şəxsin ifşa edildiyini xatırladıb: “Bunun nümunəsi onda görünür ki, bir neçə gün öncə hüquq-mühafizə orqanları saxta dərman satışı ilə məşğul olan bir qrupu ifşa edib. Güman edirəm ki, bu, saxta dərman satışı ilə məşğul olanlara ciddi zərbə olacaq. Bizim tövsiyəmiz ondan ibarətdir ki, onlar saxta dərman satışı ilə məşul olmasınlar. Əvvəla, bu, insanların sağlamlığı üçün zərərlidir. İkincisi isə buna qarşı Azərbaycanda ciddi mübarizə aparılır. Kimsə bu fəaliyyətini davam etdirəcəksə, onların fəaliyyəti ifşa olunacaq və çox ciddi cəza alacaqlar”.

O bildirib ki, saxtakarlıq heç kəsə başucalığı gətirmir: “Xüsusən dərman satışı ilə bağlı saxtakarlıq. Saxta dərman satışı ilə məşğul olmaq ən böyük cinayətdir. Buna qarşı hər birimiz mübarizə aparmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti