...

ABŞ-ın Aviasiya Administrasiyası: Azərbaycanda uçuşların təhlükəsizliyi yüksək səviyyədədir

Gündəm Materials 17 May 2018 11:39 (UTC +04:00)
ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib.
ABŞ-ın Aviasiya Administrasiyası: Azərbaycanda uçuşların təhlükəsizliyi yüksək səviyyədədir

Bakı. Trend:

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) Azərbaycan üçün uçuşların təhlükəsizliyinin təmin olunmasına nəzarət sahəsində “1-ci kateqoriya”nı təsdiq edib.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.

2014-cü ildə uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində aparılmış qiymətləndirmə nəticəsində ilk dəfə təqdim olunan bu səviyyə Azərbaycan aviaşirkətlərinin ABŞ-a birbaşa müntəzəm uçuşlara başlamalarına imkan verib. 2017 və 2018-ci illərdə Çikaqo Konvensiyasının beynəlxalq standartlarının tələblərinə uyğunluq qiymətləndirildikdən sonra ali “1-ci kateqoriya” Azərbaycan üçün qüvvədə saxlanılıb.

FAA tərəfindən “1-ci kateqoriya”nın təsdiqi Azərbaycan rəhbərliyinin uçuşların təhlükəsizliyinin təmin olunmasına və mülki aviasiya sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti