...

Azərbaycanda məhkəmə fəaliyyətinin qiymətləndirilməsi üçün elektron sistem yaradılır

Gündəm Materials 6 İyun 2018 10:36 (UTC +04:00)
Azərbaycanda məhkəmə fəaliyyəti ilə bağlı informasiya-analitik hesabat elektron sistem tərəfindən avtomatik hazırlanacaq.
Azərbaycanda məhkəmə fəaliyyətinin qiymətləndirilməsi üçün elektron sistem yaradılır

Bakı. Samir Əli - Trend:

Azərbaycanda məhkəmə fəaliyyəti ilə bağlı informasiya-analitik hesabat elektron sistem tərəfindən avtomatik hazırlanacaq.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin "Elektron Məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, artıq belə bir elektron sistemin yaradılması üzərində iş gedir: "Elektron sistemdə hakimlərin məhkəmədə çıxardığı qərarları və onlarla bağlı Apelyasiya Məhkəməsinin münasibəti əsasında hakimlərin qiymətləndirilməsi meyarından istifadə olunacaq. Elektron qiymətləndirmə sistemi gələcəkdə vəkillərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Vəkillər Kollegiyasının sistemində də yaradılsa, müsbət hal olar".

Ramin Qurbanov qeyd edib ki, vəkillərə hüquqi müdafiə bağlı ödəmələrin elektron qaydada köçürülməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti