...

Bu gün AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçilir (FOTO)

Gündəm Materials 8 İyun 2018 09:36 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir.
Bu gün AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçilir (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir.

Trend-in məlumatına görə, yığıncaq AMEA Rəyasət Heyətinin beşillik və 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunub.

Ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, dövlət rəsmiləri, akademiyanın həqiqi və müxbir üzvləri, deputatlar, ali məktəb rektorları iştirak edirlər.

Yığıncaqda Rəyasət Heyətinin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, o cümlədən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatları təqdim ediləcək.

Bu yığıncaqda AMEA-nın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçki keçiriləcək və Rəyasət Heyətinin yeni üzvləri müəyyənləşdiriləcək.

Xatırladaq ki, hazırda AMEA prezidenti akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib. Akademiyanın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti