...

Şamaxıda sel nəticəsində bağlanan yol və körpüdə hərəkət bərpa olunub

Gündəm Materials 12 İyun 2018 11:43 (UTC +04:00)
Şamaxı rayonunda güclü leysan yağışları nəticəsində dağılan yol bərpa edilib.
Şamaxıda sel nəticəsində bağlanan yol və körpüdə hərəkət bərpa olunub

Bakı. Samir Əli - Trend:

Şamaxı rayonunda güclü leysan yağışları nəticəsində dağılan yol bərpa edilib.

Bu barədə Trend-ə Şamaxı rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı İrşad Osmanov bildirib.

O qeyd edib ki, hadisə nəticəsində kəndlərdən mərkəzə gedən yollarda yaranan problemlər aradan qaldırılıb: "Güclü leysan yağışları nəticəsində Mədrəsə kəndindən mərkəzə doğru gedən yolda körpünü su basmış, yol bağlanmışdı. Dərhal əraziyə texniki avadanlıqlar cəlb olunub və yol bərpa edilib. Hazırda yollarda heç bir problem yoxdur. Nəqliyyatın gediş-gəlişi təmin edilib".

Xatırladaq ki, ötən gün yağan güclü yağış nəticəsində Şamaxı rayonunun Mədrəsə kəndindən rayon istiqamətində olan avtomobil yolunu su basmış, yolun üzərindəki körpünü lil bağlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti