...

France 24: Korrupsiya Ermənistanda ətraf mühitə ziyan vurdu

Gündəm Materials 20 İyun 2018 08:06 (UTC +04:00)
"France 24" teleşirkəti "Korrupsiya Ermənistanda ətraf mühitə necə ziyan vurub" adlı ölkədə dağ-mədən sənayesinin zərəri haqqında süjet təqdim edib.
France 24: Korrupsiya Ermənistanda ətraf mühitə ziyan vurdu

Bakı. Trend:

"France 24" teleşirkəti "Korrupsiya Ermənistanda ətraf mühitə necə ziyan vurub" adlı ölkədə dağ-mədən sənayesinin zərəri haqqında süjet təqdim edib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, reportajda Ermənistanda son etirazların korrupsiyaya görə baş verdiyi və bu sahəyə də (red. - dağ-mədən sahəsi) təsirsiz ötüşmədiyi qeyd olunur

Bildirilir ki, yerli sakinlər təbiətə böyük ziyan vuran mis-molibden yatağında aparılan işlərə görə çay suyunu onun zəhərli olduğu üçün istifadə edə bilmirlər.

Ölkənin Noyemberyan rayonunda isə əhali iqtisadiyyatın dağ-mədən sənayesi deyil, turizm hesabına inkişaf etdirmək mümkün olduğunu bildirirlər. Onlar fəal ekoloqlarla şəhər yaxınlığında işə başlamaq niyyətində olan şirkətə qarşı mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti