...

Qətnamə: Avropa Parlamenti işğal olunmuş ərazilərimizdə qanunsuz istehsal olunmuş malların Aİ ərazisinə ixracına etiraz edib

Gündəm Materials 4 İyul 2018 19:34 (UTC +04:00)
Avropa Parlamenti tərəfindən Aİ və Ermənistan arasında imzalanmış yeni ikitərəfli sazişə dair qətnamə qəbul edilib.
Qətnamə: Avropa Parlamenti işğal olunmuş ərazilərimizdə qanunsuz istehsal olunmuş malların Aİ ərazisinə ixracına etiraz edib

Bakı. Trend:

Avropa Parlamenti işğal olunmuş ərazilərimizdə qanunsuz istehsal olunmuş malların Aİ ərazisinə ixracına etiraz edib.

Trend-in məlumatına görə, bu barədə Avropa Parlamenti tərəfindən Aİ və Ermənistan arasında imzalanmış yeni ikitərəfli sazişə dair qəbul edilən qətnamədə deyilir.

Qətnamənin əvvəlində 2017-ci ilin noyabrında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsi, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığını vurğulayan Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyası, eləcə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə edilmiş 2017-ci il üzrə AP-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə illik hesabatına istinadlar yer alır.

Sənədin 5-ci bəndində yeni sazişin məhz Aİ və Ermənistan Respublikasının ərazisini əhatə etdiyi vurğulanır və bunun ardınca Avropa Komissiyasına, Ermənistan vasitəsilə hər hansı məhsulun qanunsuz şəkildə Avropa İttifaqına ixracının qarşısını almaqla bağlı çağırış edilir. Beləliklə, işğal olunmuş ərazilərimizdə qanunsuz istehsal olunmuş malların Aİ ərazisinə ixracına AP tərəfindən etiraz ifadə olunur. Həmçinin insan hüquqları və media azadlığı, jurnalistlərin təqib olunması, gender bərabərliyi və sair sahələr üzrə tənqidi mövqe ortaya qoyulub. Digər tərəfdən, qətnamədə seçkilərin saxtalaşdırılması, oliqarxik düzən, korrupsiya, ədliyyə sahəsində problemlərə dair çoxsaylı problemlər əhatəli şəkildə əks olunub.

Sənədin sonunda isə Ermənistanda hələ də fəaliyyət göstərən Metsamor nüvə elektrik stansiyası ilə bağlı Avropa Parlamentinin ciddi narahatlığı vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti