...

İlyarım ərzində 239 sürücü işdən kənarlaşdırılıb - Kobud davranışa görə

Gündəm Materials 20 İyul 2018 15:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

2017-ci ildə sərnişinlərlə kobud davrandığı və yol verdiyi xətalara görə 154 sürücü işdən azad olunub. 2018-ci ilin 6 ayı ərzində isə 85 sürücü işdən kənarlaşdırılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin durektor müavini Azər Qasımov deyib.

Onun sözlərinə görə, marşrut sürücülərinin sərnişinlərlə münasibətinə xüsusi diqqət yetirilir: "Bundan başqa, bu vaxta qədər 300-dək sürücü töhmət və xəbərdarlıq alıb. Bəzən həmkarlar təşkilatının qərarı ilə qaydalara riayət etməyən sürücüləri işdən azad edirik".

Qeyd edək ki, "BakuBus" MMC-nin istifadəsində 13 marşrut xətti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti