...

Nazirlik: İçməli sudan ağacların suvarılmasında, avtomobillərin yuyulmasında israfçılıqla istifadə olunur

Gündəm Materials 31 Avqust 2018 14:38 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün planetin bütün regionları demək olar ki, içməli su ehtiyatları ilə imtahana çəkilir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

İ.İbrahimova bildirib ki, hesablamalara görə dünyada 3 milyard insan su qıtlığından əziyyət çəkir: "Azərbaycan da az rütubətli ölkədir və ölkənin Kür-Araz ovalığı, Abşeron yarımadası kimi düzən zonaları quraq ərazidə yerləşdiyindən yerli su ehtiyatlarımız məhduddur. Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır. Təəssüf ki, bu gün ölkəmizdə içməli sudan ağacların suvarılmasında, avtomobillərin yuyulmasında israfçılıqla istifadə olunur. Çalışmalıyıq ki, bütün sahələrdə sudan istifadə edərkən su itkisi az olsun. İçməli suya daha çox qənaət göstərməklə ondan texniki məqsədlərlə istifadəyə yol verməməliyik. Bu, yalnız dövlət qurumlarının deyil, bütün istifadəçilərin və əhalinin əsas məqsədi olmalıdır".

ETSN rəsmisi qeyd edib ki, nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də bu sahədə əhali arasında geniş və hərtərəfli təbliğat aparmaqdır:

"Nazirlik tərəfindən su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması məqsədilə maarifləndirici videoçarx hazırlanıb. Ümid edirik ki, KİV-lər videoçarxın yayımlanmasında yaxından iştirak edəcək və bu kampaniyaya dəstək verəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti