...

Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirilib (VİDEO)

Gündəm Materials 6 Sentyabr 2018 16:23 (UTC +04:00)
Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirilib
Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirilib (VİDEO)

Bakı. Trend:

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusunun yeni əlyazma nüsxəsinin surətini əldə edərək Bakıya gətirib.

Trend-in məlumatına görə, 140 vərəqdən ibarət, nəstəliq xətti ilə köçürülmüş bu nüsxədə şairin “Nəsimi” təxəllüsü ilə yanaşı, “Hüsuyil”, “Seyyid” təxəllüsü ilə yazdığı şeirləri də yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti