...

Bakıda təcili yardımın apardığı alkoqol xəstəsi yoxa çıxıb

Gündəm Materials 7 Sentyabr 2018 17:04 (UTC +04:00)
Bakıda alkoqol xəstəsi itkin düşüb.
Bakıda təcili yardımın apardığı alkoqol xəstəsi yoxa çıxıb

Bakı. Samir Əli - Trend:

Bakıda alkoqol xəstəsi itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Nərimanov Polis İdarəsinin 18-ci polis bölməsinə Beyləqan rayon sakini Sahib Həsənov məlumat verib.

Məlumatda bildirilir ki, hadisə 4-5 gün əvvəl baş verib.

Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü alkoqol asılılığından əziyyət çəkən Əzizov İntiqam Akif oğlu 4-5 gün əvvəl Bakının Nərimanov rayonunun Təbriz küçəsi 17 ünvanının qarşısından Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə götürülərək xəstəxana adı ilə naməlum istiqamətə aparılıb.

Həmin gündən etibarən İ.Əzizovun hansı tibb müəssisəsində saxlanılması barədə məlumat yoxdur.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti