...

DANX: Sürücü sərnişinləri daşımaqdan imtina edə bilər, əgər...

Gündəm Materials 4 Oktyabr 2018 16:08 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobus salonlarında qaydaları pozan sərnişinlərlə bağlı müraciət edib.

Trend-in məlumatına görə, Xidmətin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, əgər sərnişin avtobusun salonunda ictimai asayiş qaydalarını pozursa, sərnişinin sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaradırsa, sərnişin daşınması qadağan edilmiş əşyaların olduğu baqajı və ya əl yükünü aparmaq niyyətindədirsə, avtomobil daşıyıcısının (sürücünün) sərnişinləri daşımaqdan imtina etmək hüququ var:

“Bu hüquq "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Odur ki, salon daxilində uca səslə mübahisə edərək digər sərnişinləri narahat etməməyi xahiş edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti