...

Bakıda orta məktəb müəllimləri ilə dərslik müəlliflərinin görüşlərinə başlanıldı

Gündəm Materials 9 Oktyabr 2018 11:18 (UTC +04:00)
Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrindən irəli gələn tələblərin icrası istiqamətində öyrədici seminarların və dərslik müəllifləri ilə görüşlərin keçirilməsinə başlanılıb.
Bakıda orta məktəb müəllimləri ilə dərslik müəlliflərinin görüşlərinə başlanıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrindən irəli gələn tələblərin icrası istiqamətində öyrədici seminarların və dərslik müəllifləri ilə görüşlərin keçirilməsinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, bu tədbirlərin cari ilin sonunadək davam etdirilməsi planlaşdırılır.

Seminarların əsas məqsədi müəllimlərə dərsliklərinin konsepsiyasını izah etmək, dərsliklə iş, iş dəftərlərindən istifadə, tədris zamanı qarşıya çıxan çətinliklərin və problemlərin həlli yollarını tapmaqdır.

Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan seminarlar çərçivəsində müəllimlər ilə dərslik müəllifləri arasında görüşlər də təşkil olunur.

Bakının 12 inzibati rayonu üzrə keçirilən seminarlarda dərslik müəllifləri fənn kurikulumunun məzmun xətləri və alt standartları barədə müəllimləri məlumatlandırıb, şagirdlərdə oxu və dinləyib-anlama bacarıqlarının, yazı vərdişlərinin, yaradıcı və tənqidi təfəkkürün formalaşdırılması yolları barədə pedaqoji heyətə tövsiyələr veriblər. Həmçinin, müəlliflər mətn üzərində iş, oxu savadlılığı, mətn əsasında açıq və qapalı sualların hazırlanması, dərslikdə verilən mətnlər arasında əlaqənin düzgün qurulması, şifahi nitq bacarıqlarının formalaşdırılması və digər məsələlər haqqında da ətraflı məlumat verib,

Məqalədə:
Xəbər lenti

Xəbər lenti