...

Komitə sədri: "Camaat nə deyər?!" prinsipi insanları səhv etməyə sövq edir

Gündəm Materials 15 Oktyabr 2018 13:00 (UTC +04:00)
"Camaat nə deyər?!" prinsipi insanları səhv etməyə sövq edir.
Komitə sədri: "Camaat nə deyər?!" prinsipi insanları səhv etməyə sövq edir

Bakı. Elçin Mehdiyev – Trend:

"Camaat nə deyər?!" prinsipi insanları səhv etməyə sövq edir.

Trend-in mlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

M.Qurbanlı deyib ki, bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur: "Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israflığa yol verir. "Camaat nə deyər?!" prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, Allah nə deyir? Dinimiz nə buyurur?".

Komitə sədri qeyd edib ki, müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, bu məsələyə dövlət müdaxilə edəcək: "Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər. Maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti