...

Təhsil naziri cari dərs ili ilə bağlı əmr imzalayıb

Gündəm Materials 19 Noyabr 2018 14:49 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə Azərbaycan və dünya ədəbiy­yatının görkəmli nümayən­dələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi məqsədi ilə keçirilir.

“Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunur. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr, rayon (şəhər) mərhələsi yanvar-fevral, ölkə mərhələsi mart-aprel aylarında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti