...

Bakıda avtomobil piyadaları xəstəxanalıq etdi

Gündəm Materials 28 Noyabr 2018 09:45 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Neftçilər prospekti, Bakı Dəniz Vağzalının yaxınlığında qeydə alınıb. “Hundai” markalı 99-NU-793 dövlət nömrə nişanlı avtomobil yolu keçən iki piyadanı vurub.

Hadisə nəticəsində 2001-ci təvəllüdlü Nicat Rəsulov və 2003-cü il təvəllüdlü Elçin Muradov 1 saylı Kliniki Tibbi Mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, N.Rəsulov kəllə-beyin travması alıb hazırda vəziyyəti stabildir. Digər xəsarət alan şəxslə bağlı məlumat yoxdur.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti