...

Azərbaycanda 116 mindən çox yeni körpə doğulub

Gündəm Materials 17 Dekabr 2018 18:01 (UTC +04:00)
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 116 365 doğulan körpə qeydə alınıb.
Azərbaycanda 116 mindən çox yeni körpə doğulub

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 116 365 doğulan körpə qeydə alınıb.

Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103 371 doğulan körpə qeydə alınmışdı.

Yeni doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

Doğulan körpələrdən əkizlərin sayına gəlincə 2236, üçəmlərin sayı isə 96 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti