...

Çay evində xalası oğlunu öldürən şəxs saxlanıldı

Gündəm Materials 8 Yanvar 2019 11:42 (UTC +04:00)
Xalası oğlu Valeh Zeynalovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məmməd Məmmədov saxlanılıb
Çay evində xalası oğlunu öldürən şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Çay evində xalası oğlunu öldürəın şəxs saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 7-də Gəncə şəhərindəki çay evlərinin birində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədovun münaqişə zəminində orada işləyən xalası oğlu, əvvəllər məhkum olunmuş Valeh Zeynalovu bıçaqla qətlə yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti