...

Ürəyi xəstə olanlar oxusun

Gündəm Materials 1 Mart 2019 17:47 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb.
Ürəyi xəstə olanlar oxusun

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ilk dəfə olaraq Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu xəstələr üçün məktəb yaradılıb.

Dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.

Proqrama kliniki kardioloqlar, psixoloqlar, reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti