...

Azərbaycanda əlil tələbələrin təhsil haqqından azad edilsin - TƏKLİF

Gündəm Materials 15 Mart 2019 13:44 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda əlil tələbələrin təhsil haqqından azad edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputat bildirib ki, Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunmaları bu kateqoriyadan olan şəxslərin tam şəkildə təhsil almasına imkan yarada bilər:

“Onların sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar müraciət edərək təhsil haqqından azad edilmələrini xahiş edirlər. Bunun bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti