...

Bakının əsas çıxışlarından biri bağlanır - SƏBƏB?

Gündəm Materials 24 May 2019 15:55 (UTC +04:00)
Mayın 26-da Bakının şimal çıxışı 4 saatlıq bağlanacaq.
Bakının əsas çıxışlarından biri bağlanır - SƏBƏB?

Bakı. Ceyhun Ələkbərov - Trend:

Mayın 26-da Bakının şimal çıxışı 4 saatlıq bağlanacaq.

Trend-in məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, aparılacaq işlərlə bağlı sərnişin avtobuslarında gecikmələrin olma ehtimalı yoxdur:

"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar magistralın sözügedən hissəsində mayın 26-da səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq".

N.Allahyarova qeyd edib ki, alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edəcəkləri üçün gecikmələrin olma ehtimalı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti