...

Magistral yollarda hərəkət edən sürücülərə ÇAĞIRIŞ

Gündəm Materials 13 Avqust 2019 12:00 (UTC +04:00)
Dövlət Avtomobil Nəqliyyatı Xidməti Qurban bayramı ilə əlaqədar ölkənin magistral yollarında hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə çağırış edib.
Magistral yollarda hərəkət edən sürücülərə ÇAĞIRIŞ

Bakı. Elçin Mehdiyev – Trend:

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (AHNX) Qurban bayramı ilə əlaqədar ölkənin magistral yollarında hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə çağırış edib.

Trend-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi bu gün artıq başa çatır:

“Ona görə də, Qurban bayramı ilə əlaqədar olaraq regionlara gedən və hazırda Bakıya qayıdan sürücülərdən xahiş edirik ki, yoldakı sıxlığı nəzərə alsınlar. Həmçinin magistral yollarda şəxsi avtomobilləri ilə hərəkət edən sürücülər ötmə əməliyyatlarına düzgün əməl etsinlər, sürət həddini aşmasınlar və digər qayda pozuntusuna yol verməsinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti