...

İzmirdə dənizdə Azərbaycan vətəndaşının cəsədi tapıldı

Gündəm Materials 16 Avqust 2019 11:46 (UTC +04:00)
İzmirdə dənizdə Azərbaycan vətəndaşı, 29 yaşlı Rövşən Nəcəfovun cəsədi tapılıb.
İzmirdə dənizdə Azərbaycan vətəndaşının cəsədi tapıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

İzmirdə dənizdə Azərbaycan vətəndaşı, 29 yaşlı Rövşən Nəcəfovun cəsədi tapılıb.

Trend-in məlumatına görə, cəsədi sahildə balıq tutan balıqçılar aşkar edərək bu barədə yerli polis məntəqəsinə məlumat veriblər.

Məlumata əsasən, R.Nəcəfovun cəsədi İzmir morquna aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti