...

Göyçayda dəhşət! Oğul 79 yaşlı atasını ölümcül bıçaqladı

Gündəm Materials 17 Sentyabr 2019 10:15 (UTC +04:00)
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Göyçayda dəhşət! Oğul 79 yaşlı atasını ölümcül bıçaqladı

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzindəki evlərdən birində qeydə alınıb.

Göyçay rayon sakini - 1941-ci il təvəllüdlü Məmmədov Aydın oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində oğul atasına bir neçə bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A.Məmmədovun vəziyyəti kritik qiymətləndirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti