...

BŞBPİ: Sürücünün yol polisini təhqir etməsi ilə bağlı yayılan qalmaqallı video araşdırılır

Gündəm Materials 18 Sentyabr 2019 11:16 (UTC +04:00)
Sosial şəbəkələrdə Bakıda yol polisilə sürücü arasında yaranan mübahisənin təfərrüatları araşdırılır.
BŞBPİ: Sürücünün yol polisini təhqir etməsi ilə bağlı yayılan qalmaqallı video araşdırılır

Bakı. Samir Əli - Trend:

Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır.

Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev deyib.

E.Hacıyev bildirib ki, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan polis zabitinin sürücüyə qayda pozuntusuna görə protokol tərtib etməsi prosesində polisin sürücü tərəfindən təhqir olunması barədə video yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti